Videonun müddəti: 46:15 Baxış: 144 Əlavə edilib: 2023.05.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Türk general AÇIQLADI: Xankəndidə bu əməliyyat keçiriləcək - Hərbi analitiklərlə CANLI

“Biz beynəlxalq hüquqdan doğan haqqa sahib olduğumuz üçün onların bu fəaliyyətinə anti-terror fəaliyyəti ilə cavab verməliyik. Ondan sonra sülh anlaşmasının gətirdiyi şərtlərdə ərazi bütünlüyü üzərində tam nəzarəti təmin edəcəyik”,- deyə general-mayor Yücel Karauz deyib. Erməni separatçı-terrorçularının növbəti dəfə qanunsuz silah-sursat daşımasının üzə çıxması ciddi faktdır. Xankəndi-Qeybalı-Xəlfəli istiqamətində separatçıların postlarının olması indiki məqamda narahatlıq yaradan məqam deyil.

Mümkündür ki, rəsmi Bakı separatçıların postlarının harada olduğunu yaxşı bilir. Yəni istənilən halda bu postlar rahatlıqla məhv edilə bilər.

Rusiya sülhməramlılarının bütün bunlara baxmayaraq separatçıları silahlandırmağa davam edəcəyi təqdirdə Azərbaycan Ordusu separatçıların postlarına zərbələr endirməli və bununla bir daha ciddiyyətini göstərməlidir.

Ümumiyyətlə, erməni separatçılarının tərk-silah edilməsi prosesi mütləq şəkildə başlamalıdır. Rusiya sülhməramlıları bunu etmək iqtidarında ya da istəyində deyilsə, Azərbaycan özü prosesi reallaşdırmalıdır.

Ermənistanın hakim partiyası, “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdəki deputatı Akop Aslanyan olduqca maraqlı, əslində, İrəvanın əsl niyyətlərini ehtiva edən müsahibə verib.

“Hraparak” qəzetinə danışan Aslanyan deyib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması qəribə deyil, lakin gələcəyə hesablanmış addımdır.
“Birincisi odur ki, bəli, hər iki tərəf, mümkünsə, bir-birinin ərazi bütövlüyünü tanısın, ondan sonra beynəlxalq ictimaiyyətin qarşısında başqa bir məsələ qaldırılacaq. Çünki burada insan haqları, insanların azadlıqları, özünün mütləq hüququndan söhbət gedir.
Bu halda beynəlxalq ictimaiyyət elə bir vəziyyət yaratmağa borcludur ki, Qarabağa hər hansı kütləvi məhv olma riski olmasın. Ona görə ki, Qarabağın başqa bir statusu var. Biz yavaş-yavaş Kosovodan nümunə götürəcəyik. Serbiyanın ərazi bütövlüyü də tanındı, lakin son nəticədə Kosovo müstəqil olaraq tanındı. Serbiyaya bildirilib ki, biz tanıyırıq, amma xalqın öz müqəddəratını təyin etmə hüququ olan bir hissəsi var. Beynəlxalq ictimaiyyətin tələbi ondan ibarətdir ki, siz bir-birinizin ərazi bütövlüyünü tanımayınca, başqa heç bir məsələ həll olunmayacaq”.

Erməni deputat onu da deyib ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmir. “Əlbəttə, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin bundan dərhal sonra beynəlxalq ictimaiyyət bilir və anlayır ki, həmin xalqın öz müqəddəratını təyinetmə hüququ bərqərar olmalıdır”.
Xankəndidəki separatçılar arasındakı böhranın kəskinləşməsinə baxmayaraq, “siyasi proseslər” yenidən aktivləşib. “Hraparak” qəzeti məlumat yayıb. “Bu gün Ruben Vardanyan mətbuat konfransı keçirərək və yeni cəbhəni elan edəcək”, - məlumatda deyilir.
Qeyd olunur ki, Vardanyanın və dörd “parlament qüvvəsinin” təşəbbüsü ilə “Qarabağın xilası proqramı” hazırlanıb və bu proqram bir ay əvvəl “təhlükəsizlik şurasına”, separatçıların başçısına təqdim edilib. Vardanyan hətta separatçıbaşı Arutyunyana ultimatum verib: ya proqramı həyata keçirin, ya da biz icra edirik.
Kateqoriyalar: Həftə içi