Videonun müddəti: 36:49 Baxış: 200 Əlavə edilib: 2023.05.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Separatçılar cinayətkarları ordumuza qarşı hazırlayır - ŞOK PLANın detalları CANLI DEBATda

Qarabağda separatçı rejim cinayətkarları Azərbaycana qarşı mübarizəyə cəlb etməyə hazırlaşır.

Separatçı rejim 2023-cü ilin aprelin 1-dək cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslərə amnistiya elan etmək niyyətindədir. Məlumatlara görə, bununla bağlı məsələ artıq müzakirə olunur və yaxın günlərdə amnistiya həyata keçiriləcək. 100 cinayətkarın amnistiyaya düşəcəyi gözlənilir.

Separatçı rejim bu addımını Laçın postunun qurulmasından sonra yaranmış çətin vəziyyətlə əlaqələndirir. Lakin bu addımın əsas hədəfinin Azərbaycana qarşı planlarla bağlı olduğu istisna edilməməlidir.

Birincisi, reinteqrasiya prosesini qəbul etməyən separatçılar mövcudluqlarını qorumaq üçün Azərbaycanla müharibəyə hazırlaşır: cinayətkarların canlı qüvvə olaraq istifadə ediləcəyi istisna deyil;

İkincisi, Azərbaycan ordusunun qarşısında aciz vəziyyətdə olan separatçılar böyük ehtimalla, təxribatlar, hətta terror aktlarına əl ata bilər: cinayətkarların azad edilməsi də onlardan məhz ordumuza qarşı təxribat və terror aktlarının törədilməsinə hesablanıb;
Kateqoriyalar: Canlı debat