Videonun müddəti: 51:31 Baxış: 177 Əlavə edilib: 2023.05.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənilərdən 20 May anonsu: BAŞLAYIRIQ! Azərbaycanla sərhəd üç yerdə... - CANLI

Ermənistanda fəaliyyət göstərən “Könüllülər Hərəkatı” adlı QHT Azərbaycanla sərhəddə, yeni açılan Laçın sərhəd-buraxılış məntəqəsinin önündə aksiya keçirməyə hazırlaşır. QHT-nin rəhbəri, keçmiş hərbçi Artaşes Mxitaryan açıqlama verib.

O deyib ki, ilk aksiyaları mayın 20-nə təyin olunub. Məqsədləri isə Qarabağda yaşayan ermənilərə dəstək vermək və sərhəd-keçid məntəqəsinin açılmasını tələb etməkdir.
Mxitaryan bildirib ki, aksiyada bir çox şüarlar səsləndirəcəklər.

Lakin “ana şüar”ları “Qarabağ bizimdir, Qarabağ Ermənistandır, Ermənistan Qarabağdır”dan ibarət olacaq. QHT rəhbəri onu da qeyd edib ki, aksiya təkcə Laçın dəhlizinə yaxın yerdə deyil, həmçinin Tovuz və Qazax istiqamətlərində də sərhədyanı ərazilərdə təşkil olunacaq.
Kateqoriyalar: Həftə içi