Videonun müddəti: 57:13 Baxış: 170 Əlavə edilib: 2023.05.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İrəvandakı “revanşistlər”lə separatçılar TOQQUŞDU – pul QALMAQALI böyüdü

Ermənistanda sabiq Prezident Serj Sarqsyanın Respublika partiyasından olan deputat Tiqran Abramyan Qarabağdakı qondarma separatçı qurumun “başçısı” Araik Arutunyanın ünvünına ittihamlar səsləndirib.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentində revanşist və qatı millətçi qüvvələri təmsil edən Abramyan separatçıların “prezidentini” Qarabağdakı erməni əhalisinin başlıca problemi adlandırıb.

Deputat deyib ki, Arutunyan öz maraqları xatirinə hər şeyi satmağa hazırdır və onun apardığı “kadr siyasəti”, “dövlət nazirləri”ni tez-tez dəyişməsi də bunu təsdiqləyir: “Araik Arutunyan özünü xilas etmək üçün hər şeyə getməyə hazırdır. İndi hadisələr 2 ay əvvəl təyin olunan hazırkı “dövlət naziri” Qurqen Nersisyan ətrafında cərəyan edir. O, sakitcə işləyir, sabiq “təhlükəsizlik şurası katibi” Samvel Babayan isə Arutunyandan onun istefaya göndərilməsini və özünün onun yerinə təyin edilməsini tələb edir. İndiki “dövlət naziri” nə edib ki, pul oğurlayıbmı, hansısa layihəni çökdürübmü? Bu vəzifə ətrafındakı alış-veriş nəylə bağlıdır? Qarabağda çox problem var, amma onların ən başlıcası Araik Arutunyandır...”

Göründüyü kimi, Azərbaycanın 44 günlük müharibədəki qələbəsi həm Ermənistanda, həm də separatçı rejimdə tarazlığı necə pozubsa, hələ də özlərinə gələ bilmirlər. İndi həm revanşistlərlə separatçılar, həm də separatçıların özləri öz aralarında didişməklə məşğuldurlar.