Videonun müddəti: 40:01 Baxış: 1.0K Əlavə edilib: 2023.05.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Azərbaycan və Türkiyə generalları GÖRÜŞDÜ -hazırlıq BAŞLADI –Deputat Razi Nurullayevlə CANLI

Əgər İrəvan Azərbaycanın şərtlərini qəbul edib sülh müqaviləsi imzalamasa, onu yeni müharibə gözləyir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri Jirayr Liparityan deyib.

Jurnalistin “sülh müqaviləsinin imzalanması Qarabağın Azərbaycan ərazisi kimi tanınması olacaq” replikasına Liparityan belə cavab verib: “Bizim müqavimət üçün imkanımız varmı? Niyə biz əldə edə bilməyəcəyimizi tələb edirik?”

O vurğulayıb ki, 44 günlük savaşdan sonra Bakının tələbləri əhəmiyyətli dərəcədə sərtləşib: “Əgər biz 2020-ci ilin yayında masadakı plana razılaşasaydıq, daha az şey itirərdik. Belə məntiqi rəhbər tutaraq, yeni müharibənin ola biləcəyini və daha çoxunu itirəcəyimiz barədə düşünmürsünüzmü? Müqavilə yeni müharibənin olmayacağı ehtimalını 20%-ə çatdıracaq. Əgər onu imzalamasaq, müharibədən qaçmaq olmayacaq.
Bundan başqa, Qarabağ bizim deyil ki, onu kiməsə verək. Biz artıq onu itirmişik. Müharibə nəticəsində biz Qarabağ məsələsində nəsə demək haqqını itirdik”.
Kateqoriyalar: Həftə içi