Videonun müddəti: 38:26 Baxış: 347 Əlavə edilib: 2023.05.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Kremldən sərhəddəki toqquşmalara REAKSİYA, cəbhə xəttində SON vəziyyət – “Həftə içi”ndə...

Rusiya Federasiyası yeni eskalasiya fonunda Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Ermənistan və Azərbaycan arasında yeni gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla təmaslarının hazırda planlaşdırılmadığını qeyd edib.

Kremlin sözçüsü 9 May Qələbə günü Ermənistanın Baş nazirinin səfəri zamanı Moskvada Putinlə Paşinyan arasında ayrıca söhbət olduğunu da xatırladıb.
“Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib".

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan və Ermənistan liderləri arasında Brüssel və Kişinyov görüşlərinə dair suala cavab olaraq deyib.

O bildirib ki, Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.

"Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub.

Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib.

Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil", - XİN-dən bildirilib.

Ermənistan rəsmi məlumatlara əməl etməyə və yalan məlumat yaymamağa çağırıb. Zod rayonunun sərhəd yaşayış məntəqələrindən vətəndaşların təxliyyəsi yoxdur.
Bu barədə vilayətin qubernatoru Karen Sarkisyan sosial şəbəkədə məlumat verib. "Hazırda cəbhə xəttində vəziyyət nisbətən sabitdir", - qubernator bildirib.
Onun sözlərinə görə, bəzi xəbər saytlarında guya vətəndaşların təxliyəsi ilə bağlı dezinformasiyalar yayılıb. "Bu məlumat doğru deyil. Evakuasiya heç yerdə aparılmayıb, buna ehtiyac yoxdur", - Sarkisyan vurğulayıb. Vilayət administrasiyasının rəhbəri rəsmi məlumatlara əməl etməyə və yalan məlumat yaymamağa çağırıb.
Kateqoriyalar: Həftə içi