Videonun müddəti: 58:07 Baxış: 597 Əlavə edilib: 2023.05.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putin ilk dəfə Kremlə hücumu şərh etdi: "Belə ev istehsalı olan dronlar..." - CANLIda

Ukrayna ordusunun keçirdiyi əməliyyat nəticəsində Rusiyanın 72-ci briqadasının 6 və 8-ci, eyni zamanda kəşfiyyat bölüyü tamamilə məhv edilib, əsir götürülənlər var. Bununla bağlı “Azov” alayının komandiri Andrey Biletski məlumat yayıb. Məlumatda hücumun 3 km enində və 2,6 km dərinlikdə həyata keçirildiyi bildirilib.
72-ci briqada keçirilən ağır itkilərdən sonra geri çəkilməyə məcbur olub. Ukrayna Teleqram kanallarında alayın məhv edilən əsgərlərinin görüntüsü paylaşılıb.
“Vaqner” rəhbəri Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyində istədiyi qədər təsir rıçağı yoxdur.
Bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
Bildirilib ki, Priqojin Qələbə Günündən Putini ələ salmaq və onun qərarını şübhə altına almaq üçün fürsət kimi istifadə etməyə çalışıb. Döyüş sursatı çatışmazlığı və Rusiyanın gələcək perspektivlərini müzakirə edərkən Priqojin “özünü yaxşı hesab edən xoşbəxt baba (Putini çox vaxt “bunker baba” adlandırırlar)” obrazını xatırladıb.
“Priqojinin qoşunları çıxarmaq təhdidini yerinə yetirməməsi onun Rusiya Müdafiə Nazirliyindən asılılığından xəbər verir. Priqojin Rusiya Müdafiə Nazirliyini şantaj edərək, çalışdı ki, Ukraynanın planlaşdırılan əks-hücumundan əvvəl rus hərbçilərinin hesabına şəhərə müstəqil girib, qələbə qazansın. O, yəqin ki, Rusiya Müdafiə Nazirliyinin onun tələblərini tam yerinə yetirəcəyini gözləyirdi”, - təhlildə bildirilib.
Qeyd edilib ki, Priqojin Surovikinin Rusiya Müdafiə Nazirliyini “Vaqner”in tələblərini yerinə yetirməyə məcbur edə biləcəyini gözləyirdi:
“Lakin onun Surovikinə əlinin çatmaması Priqojinin Rusiya Müdafiə Nazirliyində təsəvvür etdiyi qədər təsir rıçaqlarının olmadığını göstərir”.
Kateqoriyalar: Canlı debat