Videonun müddəti: 1:11:49 Baxış: 302 Əlavə edilib: 2023.05.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Separatçılar Qarabağda ilk məhvetmə əməliyyatına başladılar - Üzeyir Cəfərovla CANLI

Separatçı rejimin dağıdıcı siyasəti ilə Sərsəng su anbarı fonunda Qarabağda ekoloji fəlakət yaşanır.
Bunu erməni mediasının yaydığı məlumatlardan görmək olur.

Bildirilir ki, Qarabağda elektrik enerjisinin təmin edilməsi üçün Sərsəngdə tikilmiş SES-dən istifadə edilir, bu da anbarın boşalmasına səbəb olur.

“Əgər bu da tükənərsə, “artsaxlılar” (Qarabağdakı ermənilər nəzərdə tutulur -red.) yaşayış üçün lazım olan şəraitində məhrum olacaqlar”, – məlumatda deyib.

Mövcud vəziyyəti göz önündə tutsaq, belə nəticəyə gələ bilərik ki, separatçılar işğal dövründə Qarabağda həyata keçirdikləri məhvetmə əməliyyatının yeni mərhələsinə başlayıblar. Artıq ilk əməliyyat “uğurla” yekunlaşmaq üzrədir: Sərsəng məhv edilir.

Əgər Qarabağdakı ermənilər separatçıların əsirliyindən çıxıb, Azərbaycan yurisdiksiyasını qəbul etməsələr, Xankəndi daha ciddi məhvetmə əməliyyatlarına və ağır həyat şərtlərinə məhkum olacaqlar.
Kateqoriyalar: Canlı debat