Videonun müddəti: 1:04:56 Baxış: 191 Əlavə edilib: 2023.05. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

"Bakı və İrəvan arasında yeni döyüşlər başlaya bilər" - Türkiyəli nazirdən SENSASİON ANONS - CANLI

Ermənistanla Azərbaycan arasında hazırlanan sülh müqaviləsi sənədinin yalnız adı dəyişdirilib. Bunu Qarabağdakı qanunsuz rejimin deputatı Akop Akopyan deyib.

“Xatırlayın, Nikol Paşinyan müharibədən sonra dedi ki, beynəlxalq ictimaiyyət Qarabağla bağlı tələbləri azaltmağı tələb edir. Daha sonra isə sülh müqaviləsinin hazırlanması prosesi başladı. Yəni Vaşinqtonda indi müzakirə edilən sənədin adı “Münasibətlərin Nizamlanması Haqqında” olaraq dəyişdirilib. Burada isə vurğulanır ki, Ermənistan və Azərbaycanda yaşayan milli azlıqların maraqlarına hörmət edilməlidir. Faktiki olaraq Paşinyanın tələbləri azaltması nəticəsində Qarabağ təkcə öz müqəddəratını təyin etmək haqqını itirmədi, həm də qarabağlı ermənilər faktiki olaraq 1988-ci ildə Ermənistandan qovulan azərbaycanlılarla haqlar məsələsində eyniləşdirildilər. Nəzəri olaraq, onlar Ermənistana geri qayıtmaq imkanı əldə edəcəklər” – deyə o söyləyib.
O, Qarabağdakı qondarma rejimlə bağlı bundan sonra müsbət gözləntilərə ümid etmədiyini bildirib.
Kateqoriyalar: Canlı debat