Videonun müddəti: 54:43 Baxış: 148 Əlavə edilib: 2023.05. 4
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vaşinqton görüşündə İrəvan təslim oldu – ERMƏNİLƏR AYAQDA - Paşinyana kəsilmiş donuz başı verdilər

Prezident İlham Əliyevin “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda səsləndirdiyi fikirlər Bakı-İrəvan xəttində müzakirə olunan sülh sazişinin mətninə dair müəyyən detalları anlamağa imkan verir.

Əliyev Vaşinqton görüşünə dair nikbinliyinin az olduğunu bildirdi, çünki Ermənistan 40 gün fasilədən sonra Azərbaycana göndərdiyi sülh sazişinin “redaktə” edilmiş mətnində də iddialarından əl çəkmir: Qarabağı sülh sazişinə daxil etmək istəyirlər, o cümlədən, Bakının “terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizəyə dair” təklifində separatizmin üzərindən xətt çəkiblər;

İrəvanın planı əvvəldən məlumdur: Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar, lakin separatçıları “tərəf”, yaxud ən azı erməni əhalisinin “təmsilçisi” kimi qəbul etdirməklə problemin “hüquqi münaqişə” müstəvisində davam etdirilməsinə çalışırlar;

Prezidentin çıxışı da bunu təsdiq edir. Və aydındır ki, Vaşinqton danışıqlarında da Ermənistan bu niyyətini “Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” adı altında rəsmiləşdirmək cəhdləri edir. Hərçənd, rəsmi Bakının mövqeyi bəllidir: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması” ilə “Azərbaycan hökuməti və Qarabağın erməni icması arasında danışıqlar” ayrı-ayrı məsələdir;

Bu gün Vaşinqtonda danışıqların son raundu baş tutacaq və nəticələr elan ediləcək. Bu fikirləri politoloq Asif Nərimanlı qeyd edib.
Kateqoriyalar: Canlı debat