Videonun müddəti: 54:45 Baxış: 153 Əlavə edilib: 2023.05. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Əliyevdən NÖQTƏ qoyan sülh açıqlaması, Vaşinqtondan sızan SENSASİON xəbər... - CANLI

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarından sensasion sızma var. Musavat.com bildirir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlar prosesindən iki ABŞ rəsmisi arasında söhbətdən sızma olub. Fakt budur ki, Vaşinqton sənədlərində Qarabağ əhalisi "yerli əhali" deyil, "etnik azlıq" kimi göstərilir. Erməni tərəfinin təklif etdiyi kimi. Bu, Ermənistan üçün çox ciddi çağırışdır. Bu ifadə Azərbaycan diplomatiyasının növbəti qələbəsindən xəbər verir”, - erməni nəşri yazır.

Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib. “Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq.

Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”, - Prezident İlham Əliyev qeyd edib. Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi.

İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlət başçısı qeyd edib: “İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”.
Kateqoriyalar: Həftə içi