Videonun müddəti: 1:16:01 Baxış: 122 Əlavə edilib: 2023.05. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vaşinqton görüşündən SENSASİON xəbər: Bakı sülh müqaviləsində Qarabağdakı ermənilərə nə VƏD VERİB?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda davam edən danışıqlarında əsas mövzulardan biri Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsidir.

Publika.az xəbər verir ki, bu barədə Azadlıq radiosunun erməni xidməti (azatutyun) məlumat yayıb.

Danışıqlarda “öz müqəddəratını təyin etmə” kimi məsələlər yer almır, sadəcə ermənilərin Azərbaycan qanunları altında “hüquq və təhlükəsizliyinin qorunması” müzakirə olunur.

“Azatutyun”un sualını cavablandıran Dövlət Departamenti bəyan edib ki, Vaşinqton Bakı və İrəvandan ermənilərin hüquq və təhlükəsizliyinin ən yaxşı şəkildə qorumaq barəsində düşünməyi istəyir.

“Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əsas məsələlərdən biri Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasıdır. Problemin birdəfəlik həlli üçün bu məsələ yoluna qoyulmalıdır”- Dövlət Departamenti bildirib.

Danışıqlarda iştirak edən amerikalı diplomatlardan biri radioya bildirib ki, müzakirə edilən sənəddə “hər iki ölkədə etnik azlıqlara münasibət” məsələsi yer alır.

Bu, Qarabağdakı ermənilərin rəsmi Bakının bəyan etdiyi kimi, “etnik azlıq” olaraq hüquqlarının qorunmasını özündə ehtiva edir. Rəsmi Bakı Qarabağdakı ermənilərə yalnız bu hüququ verir: vətəndaşlığı qəbul edirlər və Azərbaycan əhalisi kimi bərabərhüquqlu şəkildə yaşayırlar.

“Hraparak” nəşri yazır ki, Vaşinqtonda Ermənistanın imzalamağa hazırlaşdığı sənəd Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə nəticələnəcək.

“Etnik azlıq ifadəsi də o deməkdir ki, Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə”, yaxud “müstəqillik” kimi məsələləri ümumiyyətlə gündəmdə deyil. Söhbət ermənilərin Azərbaycan tərkibində “etnik azlıq” kimi tanınmasından gedir”, - nəşr yazır.

Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Arman Yeqoyan bildirir ki, sülh sazişinin adı “münasibətlərin tənzimlənməsi sazişi” olaraq dəyişdirilib: “Bu, bizim redaktə etdiyimiz sənəddir. Buna qədər sənədin konkret adı olmasa da, artıq bu var”.

Nəşr qeyd edir ki, Azərbaycan və Ermənistan sülh sazişi ilə bağlı sənədləri beynəlxalq hüquqa uyğunlaşdırararaq, yeni redaksiyada təqdim ediblər.

“Burada “konstruktiv qeyri-müəyyənlik” ifadəsi də yer alır. Bu imkan verir ki, tərəflər öz ictimaiyyətlərinə açıqlamada imzalanacaq sənədi öz bildiyi formada şərh etsin, yəni masanın üzərindəki sənədin razılaşdırılmasına maneələr varsa, bunu “konstruktiv qeyri-müyyənlik” ifadəsi ilə aşmaq mümkün olsun. Beləliklə, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu addımını “konstruktiv qeyri-müəyyənlik” qeydi altında gizlədir. Məlumatlara görə, Vaşinqton versiyası xarici işlər nazirləri səviyyəsində əldə olunan “razılaşmalar”dır”, - “Hraparak” yazır.
Nələr gözlənilir? Sülh müqaviləsində ermənilərin xeyrinə nələr olacaq?
Kateqoriyalar: Canlı debat