Videonun müddəti: 1:09:27 Baxış: 152 Əlavə edilib: 2023.05. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vaşinqton görüşündə SENSASİYA: Mirzoyan Bakıya bu vədi verdi, Putin növbəti görüşü Moskvaya saldı

ABŞ-da keçirilən Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşündə Ararat Mirzoyan Bakıya Qarabağla bağlı vəd verib. Bu barədə məlumatı erməni politoloq Andranik Ovanisyan yayıb.

“Bəzi məlumatlara əsasən, üçtərəfli görüşün ilk günü Ararat Mirzoyan Ermənistan hakimiyyətinin Baş nazir Nikol Paşinyanın simasında Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımaqda qətiyyətli olduğunu və konfliktin nizamlanması məsələsini bağlamağa hazır olduğunu bildirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Ceyhun Bayramov isə Bakının Ermənistanın regiondakı iqtisadi və nəqliyyat-logistika layihələrində iştirakına maneə yaratmayacağını bildirib.
Əgər bu informasiya həqiqət deyilsə, Vaşinqtondakı erməni nümayəndə heyətindən bir nəfər çıxıb birbaşa bəyan etsin ki, Ermənistan heç bir halda Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq”, – o bildirib.
Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan Moskvada görüşəcək. Bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Arman Yeqoyan bu gün keçirilən brifinqdə açıqlayıb. “Bununla bağlı ilkin razılıq var”, - Yeqoyan bildirib.
Yeqoyan əlavə edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüş keçirməyə hazırlaşır.
Kateqoriyalar: Canlı debat