Videonun müddəti: 1:24:22 Baxış: 159 Əlavə edilib: 2023.05. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə gərginlik artdı – Araik HƏDƏFƏ çıxarıldı – Elxan Şahinoğlu ilə CANLI

Xankəndidəki qanunsuz rejimdə gərginlik pik həddə çatıb.B u barədə məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata görə, son zamanlar Nikol Paşinyanın təsir agentləri Qarabağda misilsiz aktivlik göstərərək, qondarma rejimin lideri Araik Artuyunyanı özlərinin nəzarəti altında saxlamağa çalışırlar:

“Bu xəttin tərəfdarları dünən Xankəndidə ruslara qarşı etiraz aksiyası təşkil edən Tiqran Petrosyan, Artur Osipyandır. Buraya həmçinin Arutyunyanın “müşaviri” Masis Mailyan və Samvel Babayan da daxildir. Bu qrup Arutyunyanı diqqətlə izləyir ki, Paşinyana qarşı çıxmasın. Bunu edəcəyi təqdirdə daxili iğtişaşları alovlandırsınlar”.

Qeyd edək ki, dünən Xankəndidə rus sülhməramlılarına qarşı etiraz aksiyası təşkil edilib. Etirazçılar sülhməramlılardan Laçın yolunun açılmasını tələb ediblər.

Bu arada Laçın sərhəd-keçid məntəqəsinə rentgen aparatı qoyulub. Bu barədə “Operativ Məlumat Mərkəzi” bildirib.
Kateqoriyalar: Canlı debat