Videonun müddəti: 43:00 Baxış: 234 Əlavə edilib: 2023.05. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Abramyan hər şeyi DANIŞDI: Erməniləri Laçın postuna onlar göndərir... - CANLI

Ermənistan parlamentini deputatı, hərbi ekspert Tiqran Abramyan isə separatçıların bu iddialarını alt-üst edib. Onun sözlərinə görə, erməni əhalisinin postdan keçməsinə şəraiti elə separatçı rejim özü yaradıb.

“Artıq bir həftədir azərbaycanlıların nəzarət-buraxılış məntəqəsi ilə bağlı video və fotolar dərc olunur. Aydındır ki, əhalinin oradan keçməsi heç də asan deyil, çünki posta gələnə qədər “arsax polisi” var. Əhali onları keçdikdən sonra posta yaxınlaşa bilər. Bu da o deməkdir ki, onların razılığı və ya icazəsi olmadan insanlar posta yaxınlaşa bilməz. Aydındır ki, “arsax hakimiyyəti” buna şərait yaradıb və bu, Azərbaycana heç bir “blokadanın” olmadığını nümayiş etdirməyə imkan verir. Onlar (separatçılar-red) bunu hansı razılaşma, yaxud qərarla etdiklərini izah etməlidir”, - Abramyan deyib.

Laçın yoluna postun qoyulmasından sonra separatçılar özlərini xilas etməyə çalışır və istisna deyil ki, onlar Qarabağdan qaçacaqlar. Bu baxımdan, yeni reallıq və rəsmi Bakının tələbləri qarşısında təslim olurlar. Rusiya Hindistandan aldığı hərbi texnikanın İran vasitəsilə Ermənistana gətirilməsinə mane olur. “Haqqın.az” Ermənistan parlamentinin keçmiş deputatı Hayane Abramyana istinadən məlumat yayıb. “Azərbaycan Artsax-Ermənistan sərhədində qeyri-qanuni keçid məntəqəsi yaradıb, bunun nəticəsində Şuşa rayonunun icmaları tam blokadada qalıb, əlaqə kəsilib, Həm Stepanakertdən, həm də Ermənistandan”. Qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyan belə çərənləyib.

O iddia edib ki, Rusiya sülhməramlılarının dəstəyi ilə Gorus şəhərində qalan 3 azyaşlı uşaq ilk günlərdə valideynlərinə qaytarılıb, Azərbaycan isə qalanlarının qaytarılmasına guya icazə verməyib. “Tam və ikitərəfli blokadada olan kəndlərin sakinlərinin təxirəsalınmaz humanitar problemlərinin həlli üçün bir qrup sakin yerindəcə dislokasiya olunmuş Rusiya sülhməramlılarına müraciət edərək, onların şəxsi avtomobilləri ilə Həkəri körpüsünün yaxınlığındakı nəzarət-buraxılış məntəqəsindən yoxlamadan keçmələrinə icazə veriblər”,- separatçı bildirib.

ABŞ dövlət katibi Antoni Blinken bu axşam Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.

ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq. Bundan əvvəl A.Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək. ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.
Kateqoriyalar: Həftə içi