Videonun müddəti: 46:47 Baxış: 222 Əlavə edilib: 2023.04.30
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Xankəndidə savaş başladı: Paşinyan “Çarəsiz qalmışıq” dedi – Əziz Əlibəyli ilə “CANLI”da

Ermənistan Baş naziri Nikol Paşinyan rəhbəri olduğu Mülki Müqavilə Partiyasının nümayəndələri ilə görüşüb. Bu barədə məlumatı “Hraparak” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, görüş zamanı Paşinyan onlara Ermənistan üçün çətin zamanların başladığını etiraf edib. O, beynəlxalq ictimaiyyətin artıq İrəvandan Azərbaycanla məsələnin qısa zamanda həll edilməsini və sülh müqaviləsi imzalamasını tələb etdiyini bildirib.

“Hər kəs bu situasiyadan yorulub” – deyə Paşinyan Azərbaycan-Ermənistan konfliktindən danışarkən söyləyib.

Erməni baş nazir həmçinin Ermənistanın yaxın 3 ildə mövcud olmaq şansının status-kvonu uzatmaqdan ibarət olduğunu bildirib. Onun sözlərinə görə, bu üç il ərzində Ermənistan silahlanacaq, güclü olacaq və müxtəlif istiqamətlərdə hərəkət edə biləcək.
Bununla belə erməni baş nazir Qarabağdakı proseslərin Rusiyanın ucbatından baş verdiyini söyləyib. O, həmçinin Qarabağın öz müqəddəratını təyinatı məsələsinin qeyri-real olduğunu qeyd edərək, Xankəndinin Azərbaycana reinteqrasiyasının vacib olduğunu bildirib.

Xankəndidəki qanunsuz rejimdə klanlar arasında savaş pik həddə çatıb.
Məlumata görə, sorosçu qanad xüsusilə qondarma rejimdə gözlənilən “konstitusiya dəyişiklikləri” fonunda aktivləşib. Dəyişikliklərdən sonra “prezident” bir daha seçilməyəcəyi üçün onların keçmiş “xarici işlər naziri” Masis Mailyanı lider etməyə çalışdıqları vurğulanıb:

“Mənbəmiz deyir ki, sorosçular Samvel Babayanla aktiv danışıqlar aparırlar. Mailyanın “prezident” seçilməsindən sonra Babayan “dövlət naziri” təyin ediləcək. Üstəlik, hazırkı “dövlət naziri” Qurgen Nersisyan isə “baş prokuror” vəzifəsinə qayıdacaq. Məhz buna görə indiyə qədər Qarabağda “baş prokuror” vəzifəsi vakant qalır”.
Kateqoriyalar: Canlı debat