Videonun müddəti: 47:39 Baxış: 204 Əlavə edilib: 2023.04.30
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Qarabağdakı rus general TƏCİLİ İrəvana getdi, Papikyana hansı tapşırığı verdi? Polkovniklə CANLI

Ermənistan müdafiə naziri Suren Papikyanla Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-polkovnik Aleksandr Lentsov arasında görüş keçirilib. Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin, səfirliyin müdafiə məsələləri üzrə attaşesi İqor Şerbakov və sülhməramlıların keçmiş komandanı Andrey Volkov iştirak edib. Tərəflər Qarabağdakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Ermənistan yaxın zamanda Azərbaycanla danışıqlar planlaşdırır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib. Qriqoryan qeyd edib ki, Ermənistan və Azərbaycanın nümayəndələri sülh sazişi üzrə danışıqları davam etdirmək üçün yaxın zamanda görüşəcəklər: “Yaxın zamanda danışıqlar gözlənilir və bu səbəbdən biz sülh müqaviləsinin erməni variantını Azərbaycana göndərməmişik. Hazırda müzakirələr gedir”.
Kateqoriyalar: Həftə içi