Videonun müddəti: 1:31:12 Baxış: 215 Əlavə edilib: 2023.04.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rus sülhməramlılarının yeni komandirinə Xankəndində TƏRS SİLLƏ vurdular – Natiq Cəfərli ilə CANLI

Rusiyanın Qarabağdakı sülhməramlılarının yeni rəhbəri Aleksandr Lentsov Xankəndidə neqativ vəziyyətlə qarşılaşıb. Dünən separatçıların rəhbəri Araik Arutyunyanla görüşdükdən sonra Lentsovun kəskin anti-Rusiya mövqeyi ilə seçilən Tiqran Petrosyanla görüşü təşkil edilib. Petrosyan yaydığı bəyanatda görüş zamanı Lentsova Rusiya sülhməramlılarının Qarabağda etimadının olmadığını deyib. Daha sonra rus generaldan Laçın yolunun açılması tələb edilib. Lentsov isə onun üçün prioritetin məhz yolla bağlı böhranın aradan qaldırılması olduğunu söyləyib.

Qeyd edək ki, Petrosyan Xankəndidə sülhməramlılara qarşı etiraz aksiyalarının əsas təşkilatçısıdır. Onun Paşinyan administrasiyası ilə sıx əlaqələri var. Petrosyan Lentsovun gəlişindən bir gün öncə qondarma rejimin “antiböhran şurasına rəhbəri” təyin edilib.
Kateqoriyalar: Canlı debat