Videonun müddəti: 53:24 Baxış: 225 Əlavə edilib: 2023.04.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: Əliyevdən Laçın AÇIQLAMASI,ermənilərə XƏBƏRDARLIQ,Paşinyandan qızışdırıcı QƏRAR...-CANLI

“2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbulu zamanı deyib.
Bu xüsusda dövlət başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirib.
Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.

“Hazırda Laçın dəhlizində vəziyyətin siyasi yolla stabilləşdirilməsi üçün lazımi addımlar atılır”. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. “Biz inanırıq ki, tərəflər 9 (10) noyabr razılaşmasının şərtlərini yerinə yetirəcək. Ermənistan tərəfinin də bu məsələnin həllinə öz töhfəsini verməsini gözləyirik”, - Zaxarova bildirib.

“Yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir”. Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə ötən ilin noyabrından bəri fiziki təmaslar olmayıb:

“Ancaq beynəlxalq təşkilatların təkidi nəticəsində yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir. Nəqliyyat-kommunikasiya xətlərinin açılması və delimitasiya prosesi olduqca vacib məsələdir”.

Aprelin 27-də keçirilən iclasda Ermənistan Respublikası hökuməti 2023-cü ilin büdcəsinə dəyişikliklər etmək və Qarabağdakı separatçı-rejimə “dövlətlərarası kredit” (?!-red.) ayırmaq barədə qərar qəbul edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, təqdim olunan layihənin həyata keçirilməsində məqsəd “artsax daxilində yaranmış sosial gərginliyi yumşaltmaq üçün” əlavə maliyyə ayırmaqdır.

Ermənistanın dövlət büdcəsinin vergi daxilolmalarından Qarabağ separatçılarına 3,5 milyard dram - təqribən 15 milyon manat məbləğində dövlət kreditin ayrılması nəzərdə tutulur ki, bu da sülhə növbəti zərbədir.
Kateqoriyalar: Həftə içi