Videonun müddəti: 1:11:12 Baxış: 229 Əlavə edilib: 2023.04.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan yenə HƏDDİNİ AŞDI: Laçındakı post barədə "YOLVERİLMƏZDİR" dedi - detallar "Canlı"da

Biz (Ermənistan hakimiyyəti – red.) Sentyabr müharibəsi (2022-ci il 12-14 sentyabr sərhəd toqquşması – red.) və digər əməllərlə cəzalandırıldıq, lakin Qarabağda baş verənlər bu məntiqə sığmır.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, dəfələrlə Rusiyadan bu vəziyyətin niyə yarandığını soruşublar:
“Dəfələrlə olub: Çaylaqqala, Fərrux, dekabrın əvvəlindən kəsilən Laçın yolu, indi körpünün üstü (Həkəri körpüsündə sərhəd-keçid məntəqəsi nəzərdə tutulur – red.). Bu hərəkətlər artıq insident deyil, reallıqdır. Rusiya 2020-ci ildə Qarabağ sakinlərinə təhlükəsizlik zəmanəti vəd edib. Qarabağın erməni sakinləri də bu zəmanətlərə qulaq asaraq geri qayıtdılar. Amma bu zəmanətlər işləmir. Qarabağda həmişə rusiyapərəst əhval-ruhiyyə olub və Ermənistan xarici siyasət vektorunu dəyişməyib”.
Qriqoryan Laçın yolunda baş verən bütün hadisələrə görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü qeyd edib:
“Rusiya regionda qalarsa, başqa cür hərəkət etməlidir. Ermənistan üçün çox vacibdir ki, ermənilər Qarabağda yaşasın, hüquq və təhlükəsizlik təminatları alsın. Bunun üçün çoxsaylı addımlar atılır”.
“Rusiya sülhməramlı qoşunları Laçın “dəhliz”ini nəzarətdə saxlamalı və onun normal fəaliyyətini təmin etməlidir. Rusiyadan başqa heç kim ora nəzarət etməməli, Azərbaycan “dəhliz” vasitəsilə nəqliyyatın sərbəst hərəkətinə mane olmamalıdır”. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
O, növbəti dəfə təxribat xarakterli açıqlama verərək, “Xankəndi-Bakı arasında beynəlxalq format çərçivəsində danışıqlar”dan bəhs edib.
“Ermənistan ilə Azərbaycan arasında mümkün sülh müqaviləsinə gəlincə, aydındır ki, o, başadüşülən və effektiv icra təminatları sisteminə və mübahisələrin həlli mexanizmlərinə malik olmalıdır. Sərhədin delimitasiyası parametrləri aydın şəkildə qeydə alınmalı və hər hansı eskalasiyanın qarşısını alan mexanizmlər tətbiq edilməlidir”, – N.Paşinyan əlavə edib.
Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Kateqoriyalar: Canlı debat