Videonun müddəti: 46:07 Baxış: 207 Əlavə edilib: 2023.04.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putin Paşinyanla TƏCİLİ danışdı: Laçın yolu, Xankəndi və... CANLI

“Ermənilərin çox hissəsi Qarabağdan çıxmaq haqda düşünür”. Bu barədə özünü Xankəndidəki separatçı rejimin qondarma “ombudsmanı” kimi təqdim edən Qeqam Stepanyan deyib.

Onun iddiasına görə, Qarabağda ermənilər Laçın yolundan keçərkən, Azərbaycan sərhədçilərinə “hesabat vermək” istəməyəcək: “O cümlədən, Azərbaycan bayrağının altından keçmək istəməyənlər də olacaq. Buna görə də çoxları Qarabağı tərk etmək haqda düşünürlər”.

Qeyd edək ki, sərhəd-keçid məntəqəsi qurulduqdan sonra 30-a yaxın erməninin Ermənistana qayıtdığına dair görüntülər yayılıb. Azərbaycan Qarabağdakı ermənilər üçün iki seçim təklif edir: ya vətəndaşlığı qəbul edib daha yaxşı yaşamaq, ya da Qarabağı tərk etmək;

Separatçı rejim isə təzyiqlərlə erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməsinin qarşısını alır. Sərhəd-keçid məntəqəsinin qurulmasından sonra ermənilər arasında ciddi təşviş yaranıb. Q.Stepanyanın sözlərindən belə nəticə çıxır ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər, o cümlədən, separatçı rejimin təzyiqi qarşısında bunu edə bilməyəcəyini düşünənlər Qarabağı tərk etməyə hazırlaşır.
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Laçın dəhlizi və Dağlıq Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələlər müzakirə olunub.

Nikol Paşinyan və Çarlz Mişel regionda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar.

Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığında Cənubi Qafqaz regionunda hərbi-siyasi və humanitar vəziyyətlə bağlı məsələlər müzakirə olunub. Paşinyan qeyd edib ki, Azərbaycanın Laçın dəhlizində fəaliyyəti Dağlıq Qarabağda ardıcıl olaraq etnik təmizləmənin həyata keçirilməsinə və ermənilərin oradan tam çıxarılmasına yönəlib.
Paşinyan və Mişel Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara dair fikir mübadiləsi aparıblar. Tərəflər regionda sülhün və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini qeyd ediblər.
Kateqoriyalar: Həftə içi