Videonun müddəti: 1:03:36 Baxış: 231 Əlavə edilib: 2023.04.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiyadan Laçın postu ilə bağlı Bakıya YENİ TƏKLİF – yenə nə istəyirlər? – Ərəstun Oruclu ilə CANLI

Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri körpüsünün yanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı rus sülhməramlı kontingentin komandanı Andrey Volkov azərbaycanlı rəsmilərlə danışıqları ötən gün də davam etdirib. Belə bir iddianı erməni mediası yayıb.

Bildirilib ki, vəzifəsini yaxın müddətdə tərk edəcəyinə baxmayaraq (Andrey Volkovun artıq Rusiya müdafiə nazirinin müşaviri general-polkovnik Aleksandr Lentsovla əvəzlənəcəyi haqda rəsmi mənbələrə istinadla məlumat yayılıb - red.), Volkov azərbaycanlılar və ermənilərlə ayrı-ayrılıqda 3 gün danışıqlar aparıb. Lakin heç bir nəticə olmayıb:

“Əksinə, Azərbaycan artıq Laçın yolunun girişinə “Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” lövhəsini də qoyub”.

Xəbərdə bildirilib ki, Azərbaycan keçid məntəqəsi mövqeyindən qətiyyən geri çəkilməyəcək, rusların əldə etmək istədiyi yeganə şey isə keçid məntəqəsində azərbaycanlılarla yanaşı, Rusiya sülhməramlılarının da yerləşməsidir.

Rusiya sülhməramlılarına yeni komandanın təyin edilməsi, eləcə də Volkovun Azərbaycana nələrsə təklif etməsinin səbəbi nədir? Rusiyanın hansısa yeni planı varmı? Nə gözləməliyik? Laçın-Xankəndi yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsində bayraq qaldırılma mərasiminin həyata keçirilməsi Rusiyaya yeni mesaj idi, ya?
Kateqoriyalar: Canlı debat