Videonun müddəti: 58:17 Baxış: 207 Əlavə edilib: 2023.04.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiyadan ŞOK: Volkovun yerinə bu adamı GƏTİRİR! - Qarabağ üçün TƏHLÜKƏ! - professorla CANLI

Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq qərarına gəlib.

Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. İddialara görə, Volkovu əvəz edəcək yeni komandirin rütbəsi general-polkovnikdir.

Adı açıqlanmayan komandan Rusiya ordusunun tərkibində müharibədə iştirak etmiş zabitdir və Müdafiə Nazirliyinin rəhbərliyinin etimadını qazanıb. Məlumatda bildirilib ki, Volkovun xələfi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadrlarından biridir.

Onlar uzun illər birlikdə çalışırlar. "Volkov artıq getməyə hazırlaşır. Güman edilir ki, yeni komandir yaxın günlərdə gələcək", - "Hraparak" yazıb.

Laçın dəhlizində Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsi qurulması o deməkdir ki, indi Azərbaycan hərbçiləri logistikaya tam nəzarət edirlər. İrəvan bu tədbirin cavabında yalnız hiddətlənə bilər.

“Kommersant” qəzetində dərc edilmiş “Ermənistan məntəqə qarşısında qalıb. Azərbaycan Qarabağı tam nəzarətə götürməyə yaxınlaşır” sərlövhəli məqalə bu mövzuya həsr edilib. Materialda qeyd edilir ki, nəzarət-buraxılış məntəqəsi qurulması həm İrəvanda, həm də Qərbdə və Rusiyada narahatlığa səbəb olub. Lakin bu qəbildən olan bəyanatlar Bakıya ciddi təsir göstərməyib.

Nəşrin Rusiya dövlət strukturlarındakı müsahibinin, – regionda vəziyyətlə yaxşı tanış olan şəxsin, - fikrincə, hadisələrin bu cür gedişi qanunauyğun haldır.

Onun sözlərinə görə, Bakını narazı salan məqam ondan ibarətdir ki, 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanat imzalanandan bəri Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası, eləcə də kommunikasiya məsələləri (o cümlədən Naxçıvana dəhliz açılması kimi prinsipial məsələ) əvvəlki vəziyyətdə qalıb. Nəşrin müsahibi deyib: “Bu səbəbdən mümkün qədər təzyiq göstərirlər”.

Mənbədə daha sonra bildiriblər ki, Bakı nəzarət-buraxılış məntəqəsi məsələsini çoxdan qaldırırdı, lakin bu barədə razılığa gəlmək istəyirdi. Hər dəfə bu mövzu təxirə salınırdı. Yekunda qarşı tərəfi sadəcə fakt qarşısında qoymaq lazım gəldi.

Nəşr yazır: “Beləliklə, nəzarət-buraxılış məntəqəsi qurulması ilə bağlı vəziyyət onu göstərir ki, Azərbaycan öz mənafelərini güc işlətməklə təmin edə bilər və bu, ciddi nəticələr doğurmayacaq.

İrəvanın yeganə çarəsi bəyanatlar vermək və beynəlxalq birliyə müraciətlər etməkdir. Lakin iri oyunçular da bu vəziyyətə görə narahat olmaları barədə yalnız ümumi ifadələr işlətməklə kifayətlənirlər”.

Rusiyanın Ukraynadakı itkiləri kifayət qədər çox olduğu üçün yaranan çatışmazlıq kimsə tərəfindən ödənilməlidir. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "RBC Ukrayna"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya gizli şəkildə Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti çıxarmaq və mövcud kontingenti çağırışçı gənclərlə əvəz etməyə qərar verib.

"Yəni müqaviləli əsgərlər çıxarılır, çağırışçılar göndərilir", - deyə Budanov bildirib. Onun fikrincə, Rusiya Qarabağdakı hərbçiləri Ukraynada müharibəyə cəlb edəcək. Həmin hərbçilərin yerini doldurmaq üçün çağırışçılar Qarabağa gətiriləcək.
Kateqoriyalar: Həftə içi