Videonun müddəti: 49:17 Baxış: 227 Əlavə edilib: 2023.04.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Araikdən Putinə: Rusiya bizi aldatdı, Kremldən TƏCİLİ Laçın yolu reaksiyası - CANLI

“Biz Qarabağdakı Rusiya sülhməramlı kontingentinin (RSK) məsuliyyət zonasında, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də rəsmi Bakı ilə İrəvan arasında dialoqda yaranmış vəziyyətdən ciddi narahat olduğumuzu bildiririk”.
Musavat.com bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.


“Biz son dərəcə narahatlıqla atəşkəs rejiminin pozulması hallarının və hər iki tərəfdən mütəmadi olaraq itkilərlə nəticələnən müxtəlif insidentlərin artmasını qeyd edirik. Biz Azərbaycanın və Ermənistanın ictimai məkanında ittihamedici və aqressiv ritorikanın artmasını heç də az təhlükəli hesab etmirik. 23 aprel hadisələrinin inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarını pozan hər hansı birtərəfli addımların yolverilməzliyini, Laçın dəhlizinin iş rejiminin razılaşdırılmamış dəyişdirilməsi və ya ondan sülh gündəliyinə uyğun olmayan məqsədlər üçün istifadə cəhdlərini xüsusilə qeyd edirik.


Rusiya tərəfi ona yaxın olan Azərbaycana və Ermənistana həm siyasi səviyyədə, həm də “yerdə” Rusiya sülhməramlı kontingentinin komandanlığının iştirakı ilə bütün lazımi yardımı göstərməyə hazırdır.


Biz həmçinin xarici Qərb oyunçularını və onların fürsətcil gündəmləri ilə işləyən yerli rusofob elementlərini Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qarışdırmaq cəhdləri barədə xəbərdarlıq edirik.
Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq. Biz bundan çıxış edirik ki, heç bir halda yerli əhali əziyyət çəkməsin, onların dolanışığına heç bir maneə yaradılmamalıdır.
Hesab edirik ki, yaranmış problemlərin bir çoxu aylarla davam edən fəaliyyətsizliyin, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin əsas istiqamətləri, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə başlanması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması üzrə danışıqlar prosesində irəliləyişin olmamasının nəticəsidir.
Ümid edirik ki, Bakı və İrəvan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə bu mənfi tendensiyanın öhdəsindən gələ biləcəklər”.


Azərbaycanın Laçın rayonunun girişində nəzarət-buraxılış məntəqəsi qurması ilə əlaqədar bazar günü Qarabağda "Təhlükəsizlik Şurasının təcili iclası" keçirilib. İclasın yekunlarına görə qəbul olunan bəyanatda Rusiyanın 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar məyusluq və etiraz ifadə olunub.


Separatçılar hesab edirlər ki, Rusiya "Arsax xalqının təhlükəsizliyinə zəmanət və Azərbaycanın Laçın dəhlizində buraxılış məntəqəsi qurmasının qəbuledilməzliyi" haqqında vədlərini yerinə yetirməyib. Nəzarət-buraxılış məntəqəsinin qurulması nəticəsində Qarabağ əhalisi tamamilə Azərbaycanın girovuna çevrilib və etnik təmizləmə riski artıb, deyə bəyanatda bildirilir.


Separatçılar "mühasirənin qaldırılması" məsələsini həll etmək, Laçındakı nəzarət-buraxılış məntəqəsini yığışdırmaq və Qarabağ əhalisinin təhlükəsizliyi problemlərini həll etmək çağırışı ilə Rusiyaya müraciət ediblər.
Kateqoriyalar: Həftə içi