Videonun müddəti: 52:40 Baxış: 218 Əlavə edilib: 2023.04.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Separatçılar Qarabağda təxribat hazırlayır – Hansı TARİXDƏ və NECƏ - Detallar AÇIQLANDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibə separatçıları sözün əsl mənasında qorxuya salıb. Rejim faktiki olaraq Bakının atacağı addımlardan narahatdır və bu istiqamətdə Qərb mediasında yalan, əsassız dezinformasiyalar tirajlayır. Bundan başqa, separatçılar Rusiya və Ermənistandan kömək istəyirlər.

Maraqlıdır, Azərbaycan Prezidentinin çıxışından qorxuya düşən separatçılar daha hansı addımlar ata bilər? Rəsmi İrəvan bu istiqamətdə onlara dəstək verə bilər?
Politoloq Asif Nərimanlı deyib ki, İlham Əliyevin aprelin 18-də verdiyi müsahibə bir çox baxımdan diqqət çəkdi:

“Xüsusi ilə onun separatçılara açıq xəbərdarlıq etməsi mühüm məqam idi. Bu xəbərdarlığın separatçılar nəzdində ciddi qorxu yaratdığını demək olar. Məsələ ondadır ki, separatçılar bütün aspektlərdən yollarının bağlandığını və küncə sıxışdıqlarının fərqindədir. Buna görə də rejim hazırda Bakının atacağı addımları narahatlıqla izləyir.
Kateqoriyalar: Canlı debat