Videonun müddəti: 52:36 Baxış: 233 Əlavə edilib: 2023.04.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiya raket taktikasını dəyişir... - Ukraynanın əks-hücumunu gözləyir – Kamran Həsənli CANLIda

“Qış mövsümündən fərqli olaraq, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsində raket taktikasını dəyişib”. Bunu Yukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Yusov mətbuata açıqlamasında bildirib.


Məlum olduğu kimi, xeyli müddətdir Rusiya Ukrayna şəhərlərini və infrastruktur obyektlərini əvvəlki qədər kütləvi raket zərbələrinə məruz qoymur. Yusov deyib ki, raket zərbələrinin azalması təkcə Rusiyanın raket potensialının tükənməsi, yaxud azalması ilə bağlı deyil. Hərbi kəşfiyyat nümayəndəsi deyib ki, Rusiya Ukraynanın əks-hücum əməliyyatına hazırlaşır və böyük ehtimalla öz raketlərini həmin əməliyyat zamanı Ukrayna Ordusunun logistikasını vurmaq üçün toplayır. Bununla da məqsəd əks-hücumun effektini azaltmaqdır.


Eyni zamanda, Yusovun dediyinə görə Rusiya artıq müharibədən əvvəlki raket potensialını bərpa edə bilmir və yaxın gələcəkdə də bunu edə bilməyəcək. Həmçinin, hazırkı durum Rusiyanın Ukraynanın dinc şəhərlərinə qarşı aylarla davam edən raket terrorunun fiaskoya uğradığını göstərir.
Veriliş: Kamranla 1