Videonun müddəti: 42:51 Baxış: 216 Əlavə edilib: 2023.04.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyandan SON DƏQİQƏ: Bu yer Azərbaycanla bölündü, rus qüvvələri gəlir... - Hərbi analitiklə CANLI

“Gorus rayonunun Dığ kəndi Azərbaycan və Ermənistan arasında sərhəd bölgəsi olaraq müəyyən edilib. Hər iki ölkə bu mövzuda razılaşıb”. Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mətbuata açıqlamasında deyib. N.Paşinyan bununla da həmin bölgədə sərhəd məsələsinin tam tənzimləndiyini bildirib:

“Sərhəd məsələsinin tənzimlənməsi o deməkdir ki, Azərbaycanla bu mövzuda vahid qərara gəlmişik. Bizim sərhəd xəttimiz o ərazidən keçəcək. Hər iki ölkənin sərhədçiləri orada ortaq şəkildə razılaşdırılan və müəyyən edilən məsafədə yerləşdiriləcəklər. Sərhədçilər bu istiqamətdə birlikdə çalışırlar”. Ermənistan baş naziri dolayı yolla Dığ kəndinin iki yerə bölündüyünü deyib.

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını qəbul etməyə hazırdır”. Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında deyib. “Buna təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz narahatlıqlarımızla, istəklərimizlə bağlı məsələləri müəyyən etmişik. Missiyanın effektiv olmasını istəyirik. Bu, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Biz bu istiqamətdə müzakirələri davam etdiririk”, - o bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin hesabatından “Qarabağ münaqişəsi” ilə bağlı bölmənin niyə çıxarıldığı ilə bağlı jurnalistlərin sualına cavab verməyib. Paşinyan iki gün əvvəl hökumətin 2022-ci il hesabatını təqdim edib.

Hesabatda “Qarabağın status”una heç bir istinad yoxdur. Məsələ “Ermənistan-Azərbaycan Danışıqlar Prosesi” formasında təqdim olunur. Hesabatda, həmçinin 2026-cı ilə qədərki yeni hökumət proqramında Qarabağ erməniləri ilə bağlı “təhlükəsizlik və hüquq” məsələləri yer alıb.

“Mən hazıram, ümid edirəm ki, müraciət etdiyim problemlərin həlli çərçivəsində sülh sazişi imzalanacaq”. Ermənistan Baş nazir Nikol Paşinyan deyib. Baş nazir sülh gündəminə inandığını bildirib. “Danışıqlarda təminatların verilməsi bizim üçün vacibdir. Heç bir zəmanətin olmaması isə beynəlxalq durumumuzun ən mühüm xüsusiyyətidir. Bu gün dünyada elə bir ölkə yoxdur ki, sabah bunun öz təhlükəsizliyi üçün də baş verəcəyinə zəmanət versin”, - Paşinyan qeyd edib.
Kateqoriyalar: Həftə içi