Videonun müddəti: 1:04:05 Baxış: 306 Əlavə edilib: 2023.04.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndi erməniləri Rusiyanı ÇAĞIRDI: “Gəlin, hərbi müdaxilə edin” – detallar “Canlı”da

Ermənistan Baş naziri Nikol Paşinyanın iki gün öncə Azərbaycanla bağlı açıqlaması Xankəndidəki separatçı rejimdə təşvişi artırıb. Qondarma rejimin fraksiyaları dünən erməni baş nazirin açıqlamasını qınayan mövqe sərgiləyiblər.

Onlar Paşinyandan separatçı rejimin öz müqəddəratının təyinatı məsələsinin gündəmdən salınmamasını tələb ediblər. Fraksiyalar eyni zamanda “Ermənistan baş nazirinin Ermənistan Respublikasının Milli Məclisində aprelin 18-də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam tanıması, bütün bunlara Madrid sənədinin bir bəndi ilə haqq qazandırması fikirlərini qəbuledilməz hesab edirik” deyiblər.

Separatçılar Ermənistan hökumətini parlamentin 8 iyul 1992-ci il düzəlişindən imtina etməməyə çağırıb. Onlar həmçinin Rusiyaya da müraciət edərək, əlavə hərbi və diplomatik tədbirlər görməsini istəyiblər.

Qeyd edək ki, mövcud sənəd Ermənistanla Xankəndidəki separatçılar arasında fikir ayrılığının hansı həddə çatdığını göstərir.
Nələr gözlənilir? Ermənilər nəyə hazırlaşırlar?
Kateqoriyalar: Canlı debat