Videonun müddəti: 1:05:28 Baxış: 248 Əlavə edilib: 2023.04.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə Azərbaycana görə dava: məşhur separatçı bıçaqlandı – Erkin Qədirli ilə “Canlı debat”

Xankəndidəki separatçılar arasında gərginlik pik həddə çatıb.B u barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, xüsusilə gərginlik Qarabağdakı qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanla artıb. Belə ki, aprelin 16-da Babayan Xankəndidə “hökumət əleyhinə” “Ümid” akt zalında toplantı keçirib. Toplantı zamanı iştirakçılar arasında toqquşma yaşanıb. Vəziyyət o həddə çatıb ki, tərəflər bir-biri ilə əlbəayaxa davaya çıxıblar. Bunun nəticəsində isə Babayanın partiyasından olan deputat Seyran Ayrapetyan bıçaqlanıb.
Qeyd edək ki, Babayan bundan öncə qondarma rejimdə etiraz aksiyalara başlayacağını bildirib. O həmçinin Araik Arutyunyan və komandasının separatçıları çətin vəziyyətə saldığını, Bakı ilə danışıqların başlanması gərəkdiyini deyib.
Kateqoriyalar: Canlı debat