Videonun müddəti: 1:10:51 Baxış: 1.2K Əlavə edilib: 2023.04.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Əliyevin mesajı Xankəndini silkələdi: Arutyunyan təcili HƏRƏKƏTƏ KEÇDİ - Elxan Şahinoğlu ilə CANLI

Xankəndidəki separatçılar arasında gərginlik pik həddə çatıb. Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata görə, xüsusilə gərginlik Qarabağdakı qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanla artıb. Belə ki, aprelin 16-da Babayan Xankəndidə “hökumət əleyhinə” “Ümid” akt zalında toplantı keçirib. Toplantı zamanı iştirakçılar arasında toqquşma yaşanıb. Vəziyyət o həddə çatıb ki, tərəflər bir-biri ilə əlbəayaxa davaya çıxıblar. Bunun nəticəsində isə Babayanın partiyasından olan deputat Seyran Ayrapetyan bıçaqlanıb.

Qeyd edək ki, Babayan bundan öncə qondarma rejimdə etiraz aksiyalara başlayacağını bildirib. O həmçinin Araik Arutyunyan və komandasının separatçıları çətin vəziyyətə saldığını, Bakı ilə danışıqların başlanması gərəkdiyini deyib.
Kateqoriyalar: Canlı debat