Videonun müddəti: 1:23:18 Baxış: 268 Əlavə edilib: 2023.04.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SENSASİYA - Rusiya Xankəndidən çəkilir: plan AÇIQLANDI – detallar “Canlı debat”da

Ermənistan hakimiyyəti Rusiya ilə dürüst danışıqlardan imtina edir, çünki hədəfləri başqadır. Erməni mediasının yazdığına görə, Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan belə bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Rusiyanı regiondan çıxarmaqla bağlı ümumi hədəfə sahibdirlər. Rusiya-Ermənistan münasibətlərindəki sistemli böhran, rəsmi İrəvanın Qarabağ məsələsində ziddiyyətli siyasəti ölkənin real maraqlarının hakim komanda tərəfindən müəyyən edilməməsinə gətirib çıxarıb. Bu nə qədər belə davam etsə, Ermənistan bir o qədər də çox geosiyasi çuxurda qalacaq.

A.Aşotyan eyni zamanda bildirib ki, hazırda Ermənistan Qarabağ məsələsinin həlli ilə bağlı “Moskva planı”nı qəbul etmir. Siyasətçinin sözlərinə görə, İrəvanın özünün dəqiq mövqeyini deməməsi sayəsində Bakıya Rusiya variantından imtina üçün şərait yaratdı. Bundan sonra Rusiyanın öz variantını davam etdirməsi üçün səbəb yox idi. O, nəticədə özünün həll variantından imtina etdi.

Ermənistan nələrə hazırlaşır? Bir-birinin ardınca təxribatlara imza atmaqla dünyaya və Azərbaycana hansı mesajları verir?
Kateqoriyalar: Canlı debat