Videonun müddəti: 43:27 Baxış: 221 Əlavə edilib: 2023.04.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: Əsir əsgərlərimiz həbsə göndərildi, ağır ittiham verildi - Söz Ordunundur! CANLI

İrəvanın ümumi yuridiksiya məhkəməsi azərbaycanlı hərbi əsirlər - Aqşin Bəbirov və Hüseyn Axundov barəsində həbs qərarı çıxarıb. Ermənistan Baş Prokurorluğu məlumat yayıb.


Məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.


Erməni tərəfi hərbçilərimizi bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham edirlər.


Ermənistandan fərqli olaraq, Azərbaycan fövqəldövlət maraqlarının toqquşmasından faydalana bilib. Erməni politoloq Vladimir Martirosyan deyib.


“Bakı siyasi, iqtisadi və diplomatik arsenalını mümkün qədər şaxələndirməyə nail olub. 44 günlük müharibədən sonra Azərbaycan regionda maraqları olan bütün qütblər üçün mühüm hərbi-siyasi və maddi-texniki amilə çevrilə bildi.


Azərbaycan diplomatiyasının çevikliyi və Bakının müxtəlif qütblərlə danışıqlar apara bilməsi fonunda Ermənistanın nə etdiyini təsvir etmək çox çətindir. Çünki cavab “heç nə”dir. İrəvan təslim oldu”, - o bildirib.


Politoloq qeyd edib ki, mürəkkəb geosiyasi proseslər kontekstində Ermənistan özünü çox primitiv seçim qarşısında qoyub:


“Qərb və ya Rusiya seçimi... Diplomatik diversifikasiya anlayışı onlara yaddır. Əvəzində Ermənistan hakimiyyəti ölkə ilə bağlı məsələlərə şərhçi statusuna düşüb. Onlar siyasətlə məşğul olmurlar”.
Kateqoriyalar: Həftə içi