Videonun müddəti: 52:06 Baxış: 528 Əlavə edilib: 2023.04.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Nazirdən SON DƏQİQƏ:Ermənistan idmançılarımızı oteldən buraxmır, telefonlar bloklanıb-Detallar CANLI

Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı babarlık aktı törədilib, Azərbaycan bayrağı yandırılıb.

Bu barədə gənclər və idman naziri Fərid Qayıbov bildirib. O deyib ki, bu, tamamilə qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir:

"İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və onların vətənə dönməsi gözlənilir. Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar mediaya çıxışları olmadan mehmanxanaya qapadılıblar.

Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu barbar hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu insident Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir".

“Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”.
Bunu “Report”a eksklüziv açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev deyib.

Hazırda İrəvanda olan federasiya rəsmisi bildirib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması səbəbindən yarışdan imtina edilib:

“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edilib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin bu barədə birgə bəyanatı var. Biz də bu bəyanata uyğun addımlar atırıq. Komandamız Azərbaycana qayıdır. Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir. Hazırda bu istiqamətdə addımlar atılır”.
Kateqoriyalar: Gündəm Həftə içi