Videonun müddəti: 1:15:56 Baxış: 202 Əlavə edilib: 2023.04.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Qriqoryandan SON DƏQİQƏ açıqlaması: Azərbaycan hücuma hazırlaşır – GENERALLAR toplandı – CANLI

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Civilnet”ə müsahibəsində bildirib ki, guya "Tex kəndi yaxınlığında insident Azərbaycanın Ermənistanın suveren ərazisində təxribat törətməsi səbəbindən baş verib. Azərbaycanlıların avtomobili Ermənistanın suveren ərazisinə daxil olanda erməni əsgərlərinə yaxınlaşanda əlbəyaxa dava başlayır, daha sonra azərbaycanlılar əvvəlcə atəş açır və eskalasiya məhz buna görə baş verir".

News.am xəbər verir ki, Qriqoryanın sözlərinə görə, “Son zamanlar demək olar hamının dediyi odur ki, Azərbaycan mümkün hərbi eskalasiyaya hazırlaşır və bu hadisəyə məhz bu məntiqlə baxmaq lazımdır. Azərbaycan bunu planlaşdırdığı kimi etdi".

"Son zamanlar Azərbaycanın bütün təbliğatı mümkün eskalasiyadan danışır. Müxtəlif beynəlxalq nəşrlər də kəşfiyyat məlumatlarına istinadən bu barədə danışırlar. Ümumiyyətlə, Azərbaycan hazırlaşır və bu hazırlıq işlərinin məntiqində bu hadisə baş verib. Yəni, bu, Azərbaycanın hazırladığı bu planın mümkün eskalasiyasının bir hissəsidir”, – Armen Qriqoryan iddialarında bildirib.

O, həmçinin bildirib ki, Azərbaycan tərəfində itkilərin sayı rəsmi elan ediləndən çoxdur. “Çəkiliş aparan kameralar, bəzi məlumatlar var ki, ondan fərziyyə irəli sürə bilərik, qiymətləndirmə gedir, məncə, yekun məlumatı əldə edəcəyik”.



Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyirsiniz. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Canlı debat