Videonun müddəti: 1:11:24 Baxış: 387 Əlavə edilib: 2023.04.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SENSASİYA: Əsir əsgərimiz meşədə canlı yayım açıb? - Natiq Cəfərli və Pənah Hüseyn “CANLI”DA

Erməni mediası Zəngəzurun Açanan kəndində əsir düşən azərbaycanlı hərbçi ilə bağlı absurd iddialar tirajlamağa başlayıb. Erməni mətbuatı sözügedən iddiaları hərbi mənbələrə istinadən yaydığını bildirib. İddialara görə, azərbaycanlı əsgər Zəngəzurda mühafizəçini öldürüb telefonunu aldıqdan sonra oradan qaçıb. Daha sonra isə guya telefonda xəritəni açıb və Azərbaycana gedən yolu tapmağa çalışıb. Lakin telefonun enerjisi bitdiyi üçün yaşayış məntəqəsinə yaxın meşədə azıb.
Erməni mediası yazır ki, guya azərbaycanlı əsgər bunları etməzdən əvvəl canlı yayım açıb və erməni xalqını təhdid edib.
Amma ilkin versiya ondan ibarətdir ki, ermənilər öz vəhşiliklərinə don geyindirmək üçün bu sözləri ona zorla dedizdiriblər. Təhqir nitqi ermənilərin əlini “gücləndirə biləcək” arqumentlərdən sayılır. Ermənilərin bu planı baş tutacaqmı? Beynəlxalq Qızıl Xaç Komitəsi niyə hələ də hərbçimizlə görüşmür?
Kateqoriyalar: Canlı debat