Videonun müddəti: 54:34 Baxış: 218 Əlavə edilib: 2023.04.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: İrəvan və Bakı razılaşdı, danışıqlar Rusiyada olacaq! Professor Qabil Hüseynli ilə CANLI

Azərbaycanlılar pikap-la danışıqlar aparmaq üçün bizim mövqelərimizə yaxınlaşıblar. Bunu aprelin 12-də jurnalistlərə müsahibəsində deputat Armen Xaçatryan deyib. Azərbaycanlıların pikap maşını danışıqlar aparmaq üçün bizim mövqelərimizə yaxınlaşıb. Biz də buna qarşılıq olaraq silahla cavab verdik. Bundan sonra əməliyyatlar başlayıb”. - deyə, Xaçatryan əlavə edib. Erməni deputat bununla dünənki təxribatın ermənilər tərəfindən törədildiyini birbaşa olaraq etiraf edib.

Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Kateqoriyalar: Həftə içi