Videonun müddəti: 45:25 Baxış: 213 Əlavə edilib: 2023.04.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SENSASİYA: Laçındakı atışma zamanı İran ordusu niyə hazır vəziyyətə gətirildi?- detallar "Canlı"da

Paşinyanın sülh ritorikalarına baxmayaraq, həm ordusuna öz güvəni qaytarmaq, həm də cəmiyyətdə ordunu yenidən qurduğu, silahlandırdığı qənaətini formalaşdırmaq, həmçinin İran, Hindistandan aldığı silahları sınaqdan keçirmək üçün bu əməliyyatları öncədən planlaşdırıblar. Bu sözləri politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, əməliyyatlarda xüsusi təyinatlı qoşunlarının polkovnikinin olması da təsdiq edir ki, onlar bu əməliyyata yüksək səviyyədə hazırlaşıblar: “Bu səbəbdən də mən belə güman edirəm ki, hərbçilərimiz ermənilərlə öncə izahat xarakterli danışıqlar aparıblar. Amma onlar xəyanətkarcasına atəş açaraq əliyalın olan bizim üç övladımızı şəhid ediblər”.

Q.Hüseynli deyib ki, təxribatın əvvəldən hazırlandığını sübut edən digər məsələ isə Ermənistanın Təhlükəsizlik Şurası katibinin Tehranda olması, İranın xarici siyasətlə məşğul olan məmurunun İrəvana gəlməsi, həmin dövrdə İran PUA-larının səmada olması və Azərbaycana yaxın ərazilərdə kəşfiyyat işləri aparmasıdır.
Kateqoriyalar: Canlı debat