Videonun müddəti: 52:47 Baxış: 218 Əlavə edilib: 2023.04.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiya kişilər üçün SƏRHƏDİ bağladı, əks hücumlar BAŞLANIR - Polkovniklə CANLI

Rusiyada vətəndaşın çağırış vərəqəsini aldığı gündən hərbi komissarlığa gələnə qədər xaricə çıxışı qadağandır. Bu, qanunvericiliyə edilən dəyişikliklərdən irəli gəlir.

“Hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan çağırış vərəqəsi almış vətəndaşların federal qanuna uyğun olaraq belə bir çağırış verilmiş hesab edildiyi gündən Rusiyadan çıxması qadağandır. Göstərilən məhdudiyyət hərbi komissarlığa çağırış vərəqəsi üzrə gəlmək öhdəliyi yerinə yetirilənə qədər qüvvədədir”, - məlumatda deyilir.

Qeyd edək ki, düzəlişlər Rusiya Dövlət Dumasının bütün beş fraksiyasının nümayəndələri tərəfindən təqdim edilib. Bu gün Dövlət Duması onları ikinci və üçüncü oxunuşda qəbul edəcək.

İranın rejiminin sifarişi ilə “Tehran Times” qəzeti Azərbaycanı hədələyən məqalə dərc edib. "Bakı Ukrayna hadisələrindən dərs çıxarmalıdir" başlıqlı yazıda Azərbaycanı rəsmən təhdid edir, savaşla qorxudurlar. Bu arada, İran küçələrində "Zəngəzur Azərbaycandır" şüarları yayılır.

KİV İlham Əliyev və Nikol Paşinyanın mayda görüşə biləcəyi barədə yazır. Deyilənə görə, Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş Vaşinqtonda ayın ikinci yarısında baş tuta bilər.

Xəbərdə deyilir ki, Ş.Mişel yaxın həftələr ərzində iki ölkə başçısının Brüsseldə Avropa İttifaqının egidası altında görüşünü keçirmək və nizamlama prosesində fəal iştirak etmək istəyir. Lakin hadisələrin gedişi növbəti görüşün Brüsseldə yox, Vaşinqtonda keçiriləcəyindən xəbər verir:

“Avropa İttifaqının böyük marağına baxmayaraq, öncədən əldə edilimiş razılığa görə mayın ikinci yarısında keçirilməli olan Paşinyan-Əliyev görüşü böyük ehtimalla Vaşinqtonda baş tutacaq. XİN-dəki mənbəmiz deyir ki, tərəflərin bu görüşün məhz Vaşinqtonda keçirilməsilə bağlı mövqeləri üst-üstə düşür”. Qeyd edək ki, sözügedən görüşün təşkili təşəbbüsü ABŞ Dövlət katibi Entoni Blinkenə aiddir.
Kateqoriyalar: Həftə içi