Videonun müddəti: 47:37 Baxış: 238 Əlavə edilib: 2023.04.11
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Sülhməramlılar Xankəndini təhvil verməyə hazırlaşır – Qukasyan AÇIQLADI - Fuad Abbasovla Canlı debat

Amerikanın “CNN” kanalı Ukrayna siyasi və hərbi rəhbərliyinin ölkənin işğal olunmuş ərazilərinin işğaldan azad edilməsilə bağlı gözlənilən əks-hücum əməliyyatında dəyişikliklər etdiyi barədə məlumat yayıb.

Kanalın iddiasına görə, son günlər Ukraynanın əks-hücum planının detallarına dair mətbuata sızdırılan məxfi sənədlər Ukrayna rəhbərliyini bu plana dəyişiklik etmək məcburiyyətində qoyub. Kanal bildirib ki, bu məlumatı Prezident Volodimir Zelenskiyə yaxın olan mənbələrdən alıb.

Qeyd edək ki, Qərbin Ukraynaya hərbi dəstəyi və hərbi əks-hücum əməliyyatının bəzi detalları barədə məxfi məlumatlar aprelin 7-dən etibarən bəzi mətbu orqanlarda dərc edilməyə başlayıb.

Lakin bu məlumatlara və “CNN”in Ukraynanın öz planlarını dəyişdiyi barədə yaydığı xəbərə şübhə ilə yanaşanlar da kifayət qədər çoxdur.
Əksər mütəxəssislər hesab edirlər ki, hücum planı ilə bağlı sənədlərin sızdırılması ümumilikdə bütöv bir xüsusi informasiya əməliyyatının tərkib hissəsi ola bilər.
Yəni, Ukrayna tərəfi və Qərb xüsusi xidmət orqanları bilərəkdən bu cür məlumatlar ötürməklə qarşı tərəfdə çaşqınlıq və qeyri-müəyyənlik yaratmaq istəyir.
Məsələn, Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilovun fikrini xatırladaraq, “Ukraynanın hücum planını ölkə rəhbərliyində uzağı 5 nəfər bilir”, - deyə bildirib.
Kateqoriyalar: Canlı debat