Videonun müddəti: 47:24 Baxış: 200 Əlavə edilib: 2023.04.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: İki əsgərimiz itkin düşdü, biri Ermənistanda saxlanıldı - adlar, detallar... CANLI

Aprelin 10-da saat 01:00-dan 02:00-dək olan müddətdə Ermənistan Respublikası ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu aşkar edilərək saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan MN məlulat yayıb. Məlumatda qeyd edilir ki, saxlanılan şəxsin yanında daha bir əsgər olub, axtarışları davam edir. Qeyd edək ki, bu barədə Müdafiə Nazirliyi məlumat yaymışdı.

Məlumatda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Həmin hərbçilər - Hüseyn Əhliman oğlu Axundov, digəri isə Aqşin Qabil oğlu Bəbirovdur.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı olan siyasi ekspert Elşad Paşasoyla Zəngəzur və Qarabağ mövzularını müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi