Videonun müddəti: 54:55 Baxış: 201 Əlavə edilib: 2023.04.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ermənilərdən ETİRAF: Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılıb, demarkasiya gedir-CANLI

Erməni politoloqdan etiraf: Azərbaycan-Ermənistan sərhədinin faktiki demarkasiyası prosesi gedir
“Hazırda faktiki olaraq Azərbayan-Ermənistan sərhədinin demarkasiyası prosesi gedir”. Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, erməni politoloq Vigen Akopyan sərhədin müxtəlif hissələrində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin irəliləməsini bu cür qiymətləndirib.

“Təəssüf ki, bu prosesin (mövqelərin irəliləməsi) qarşılıqlı razılaşma və razılıq çərçivəsində getdiyini söyləmək üçün bütün əsaslar var. Təbii ki, təbliğat səviyyəsində bəzi səs-küy hələ də yüksəlir, lakin 2020-ci ilin noyabrında hərbi əməliyyatlar başa çatdıqdan sonra baş verənlər sərhədin faktiki demarkasiyasını göstərir”, - deyə Akopyan bildirib. Onun söylədiyinə görə, Tex kəndi yaxınlığında yaranmış vəziyyət məhz bu faktiki demarkasiyanın nəticəsidir. Akopyan Ermənistan tərəfinin ərazi güzəştləri ilə bağlı konkret razılaşmaların mümkünlüyünü istisna etməyib və Azərbaycanın Ermənistanın 29 min kvadrat km-lik ərazisinə iddia etdiyini söyləyib.

Akopyanın fikrincə, Azərbaycan tərəfi indi yeni taktika seçib. Əgər əvvəllər ərazilər hərbi əməliyyatlarla ələ keçirilirdisə, indi beynəlxalq ictimaiyyətə hiss etdirmədən 100-300 metr irəliləməyə üstünlük verir. Lakin hər dəfə “səhv edərək” 100, 200, 300 metr dərinliyə gedəndə Azərbaycan tərəfi orada möhkəmlənir və daha bu ərazini tərk etmir. “Beləliklə, yüksəklikləri ələ keçirməklə onlar taktiki üstünlük əldə edirlər. Bu taktika dünyanın güc mərkəzlərinə də sərf edir”,-deyə Vigen Akopyan bildirib. Ermənistana məxsus kütləvi informasiya vasitələrində Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında məlumat yayılıb.

Hərbi ekspert Ədalət Verdiyev deyib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılması barədə hələlik rəsmi məlumat yoxdur, bu xəbər erməni mediasında yayılıb, ancaq görünür, artıq nəzarət-buraxılış məntəqəsi quraşdırılıb. Ekspert xatırladıb ki, Azərbaycan tərəfi bununla bağlı öz təkliflərini irəli sürüb.
Kateqoriyalar: Canlı debat