Videonun müddəti: 47:02 Baxış: 207 Əlavə edilib: 2023.04. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Gerçək müsəlmanlar QORXULU TEHRANa qarşı! Rauf Arifoğlu ilə “CANLI DEBAT"

Xəbər verdiyimiz kimi, 6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.
Daha sonra İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Sözügedən məsələ ilə bağlı İran səfirliyinin əməkdaşlarından biri azərbaycan mediasına açıqlama verməkdən yayınıb.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Canlı debat