Videonun müddəti: 1:09:17 Baxış: 228 Əlavə edilib: 2023.04. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Bakı İrana VAXT QOYDU - hədəfdə Təbriz konsulluğu! – yeni səfirlə bağlı MÜƏMMA – "Canlı"da

Xəbər verildiyi kimi, aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı səfirə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti etiraz bildirilib.

İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi səfirin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Musavat.com-a etibarlı mənbələrdən daxil olan məlumatda bildirilib ki, sözügedən səfirliyin 4 əməkdaşı ölkəmizdə casusluq fəaliyyəti ilə məşğul olurmuş. Onlar məhz bu səbəbdən “persona-non-qrata” (“arzuolunmaz şəxs”) elan edilərək ölkədən qovulub. Həmin şəxslərə ölkədən çıxmaları üçün 48 saat vaxt verilib.

Qeyd edək ki, bu, iki ölkə münasibətləri tarixində ilk belə qalmaqallı hadisədir və sözsüz ki, İranın Azərbaycanla bağlı təxribatçı planlarının nə dərəcədə çox zəncirli olduğunun bariz sübutudur. Eyni zamanda, rəsmi Tehranın normal qonşuluq əlaqələrində maraqlı olmadığının, konfrontasiya kursu götürdüyünün daha bir sübutudur.
Məsələni gün ərzində diqqətdə saxlamaq. Yəqin ki, İran hansısa adekvat addım atacaq. Söhbət Təbrizdəki Baş Konsulluğumuzla bağlı qərardan gedir. Çünki Tehrandakı Azərbaycan səfirliyi terror hücumu ilə bağlı onsuz da öz fəaliyyətini dayandırıb. Konsulluq bağlana bilərmi?

Casus şəbəkəsinin davam edən uğurlu ifşa faktları, az qala hər gün açıqlanan həbslər, deputat Fazil Mustafaya terror hücumunun icraçılarının qısa zamanda yaxalanması sözsüz ki, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığına dəlalət edir. Amma görünən odur ki, İranın ölkəmizdəki “proksi” qüvvələrinin qalıqları heç nəyə məhəl qoymadan öz işlərindədir.

Bəs fars-molla rejimi nə vaxtadək Azərbaycan dövlətinin altını qazımağa davam edəcək, öz bəd əməllərindən nə zaman əl götürəcək? Hətta əzəli düşməni Səudiyyə Ərəbistanı ilə təzəlikcə barışan İranın ölkəmizə qarşı aqressiv münasibəti niyə bitmir? Bakı 48 saat vaxt qoyub. Niyə məhz 48 saat? Diplomatik praktikada bu nə deməkdir?
Kateqoriyalar: Canlı debat