Videonun müddəti: 37:56 Baxış: 879 Əlavə edilib: 2023.04. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

SON DƏQİQƏ: Ölkədə “molla agenturası” belə çökdürülür - detallar Fuad Abbasovla CANLI

İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb.Bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb.

Saxlanılan şəxs Bakı şəhər sakini Saleh Əli oğlu Həmzəyevdir. Onun nədə ittiham olunduğu hələlik məlum deyil. Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 18 nəfər saxlanılıb.

Bundan əlavə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.

İran təhdidləri və terrorçu məqsədləri ilə Azərbaycandan nə tələb edir?
Kateqoriyalar: Həftə içi