Videonun müddəti: 1:03:22 Baxış: 204 Əlavə edilib: 2023.04. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan Bakıya MÜHARİBƏ mesajı verdi – erməni hərbçilər TƏLİMə çağırıldı - Canlı debat”da

Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul olunub. Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək.


Ermənistanı Laçın yolu ilə birləşdirən yeni Tex-Kornidzor yolunun istifadəyə verilməsindən sonra iki ölkə sərhədindəki 12 kilometrlik ərazidən 7 kilometri Azərbaycanla artıq dəqiqləşdirilib. Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycan bəzi yerlərdə Ermənistan tərəfindən sərhədə qədər olan 100-300 metr hissədə mühəndis işləri aparıb. Bundan sonra qərar verilib ki, situasiyanı hər iki tərəfdən kartoqraflar həll edəcəklər. Bu dövrdə sərhədçilərin dislokasiya məntəqələrinin korrektəsi işi aparılıb və situasiya müəyyən səviyyədə yaxşılaşıb. Özəlliklə 12 kilometrlik dislokasiya nöqtəsindən 7 kilometri dəqiqləşdirilib, 5 kilometri ilə bağlı dəqiqləşdirmə aparılır. Bizim niyyətimiz situasiyanın eskalasiyasından qaçmaqdır. Ümid edirəm ki, yerləşmə nöqtələrinin korrektəsi konstruktiv müstəvidə keçəcək”, – o bildirib.

Paşinyan həmçinin müharibəyə səbəb olacaq addımlardan qaçmağın zəruri olması haqda mesaj verib. O, qeyri-stabil qlobal mühitdə tərəflərin səbirli olması və regional situasiyanın partlamasında maraqlı olan güclərə fürsət verməməsi gərəkdiyini söyləyib.
Kateqoriyalar: Canlı debat