Videonun müddəti: 47:55 Baxış: 223 Əlavə edilib: 2023.04. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Separatçılardan növbəti HƏYASIZLIQ: Gorusdan Turşsuya nə daşınır? CANLI

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılan daha bir şəxsin adı məlum olub. Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, bu, İlkin Süleymanovdur. O, Xocəsəndə saxlanılıb.


Bu arada isə Azərbaycan ordusunun Qarabağda son əməliyyatı zamanı separatçıların istifadə etdiyi torpaq yolların (Xankəndi-Xəlfəli-Turşsu) nəzarətə götürülməsi nəticəsində bir qrup erməninin hələ də qaldığı Böyük və Kiçik Qaladərəsi, eləcə də Turşsu kəndlərinin Xankəndi ilə əlaqəsi də kəsilib.


Yolun nəzarətə götürülməsi ilə separatçılarla əlaqəsi kəsilən bu kəndlərdəki ermənilərin indi seçimi Azərbaycana üz tutmaqdır. Lakin Ermənistanın prosesə gizli şəkildə müdaxilə etdiyi haqda məlumatlar var.


Turşsuda qalan 73 erməninin Gorusla əlaqə qura bilməsi də bunu deməyə əsas verir. Kənd icmasının rəhbəri Qaqik Nəsibyan Ermənistan mediasına açıqlamasında bunu etiraf edib. “Xankəndi ilə əlaqə tamamilə kəsilib. Yol olmadığı üçün ərzaq məsələlərini Xankəndidən həll etmək mümkün deyil, buna görə ərzağı Gorusdan daha rahat şəkildə gətirirlər”, - o bildirib.


Nəsibyan Gorusla necə əlaqə yaratdıqlarını açıqlamayıb. Xəritə üzərindən Turşsu və Gorus arasındakı məsafəyə baxdıqda da bunun mümkün olması sual altına düşür. Burada iki mümkün versiya var:


Birincisi, Ermənistanın Qarabağa hansısa gizli yollarla keçid imkanı hələ də qalır və bu yollarla Turşsuya yük göndərir; ikincisi, Rusiya sülhməramlıları kənddə qalan ermənilərin təminatını Gorusdan təmin edir: hərçənd, təminat Gorusdan olduğu üçün hər iki halda prosesdə Ermənistanın iştirakı məlumdur.
Kateqoriyalar: Canlı debat