Videonun müddəti: 51:09 Baxış: 202 Əlavə edilib: 2023.04. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyanın oğlu döyüldü - Spiker Rusiyanın adını çəkdi – detallar “CANLI”DA

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu dünən hücuma məruz qalıb.
u barədə Ermənistan parlamentinin sədri Alen Simonyan öz “facebook” səhifəsində məlumat verib.

Simonyan hadisənin detallarını açıqlamasa da bu hücumu Paşinyan hakimiyyətinə qarşı sistemli zorakılıq cəhdlərinin tərkib hissəsi adlandırıb.
Bundan öncə parlamentdə Paşinyanın partiyasına aid millət vəkilinin döyülməsini də xatırladan Simonyan yazıb: “Üç gün əvvəl hüquq komissiyasının sədri Vladimir Vardanyan daşnaksutyun partiyasını təmsil edən deputatın hücumuna məruz qaldı, o, Vardanyanı vurandan sonra dovşan kimi öz fraksiyasına qaçdı. İrəvanın mərkəzində bir daşnak varlıq 100 metr məsafədən milli məclisin sədrinə qarşı təxribat törətdi. Dünən isə Baş nazirin oğluna hücum edildi”.
Simonyan bu təxribatların Ermənistandan kənarda hazırlandığını bildirərək, Rusiyaya eyham vurub: “Əminəm ki, təşkil olunmuş bu təxribatların izi ölkəmizdən kənara gedib çıxır. Buna siyasi və hüquqi reaksiya özünü çox gözlətməyəcək. Ermənistan demokratiyanı inkişaf etdirəcək və regionda sülh olacaq”.
Kateqoriyalar: Canlı debat