Videonun müddəti: 55:24 Baxış: 222 Əlavə edilib: 2023.04. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Separatçılarla hərbçilərimiz arasında insident: ermənilər ərazidən QOVULDU – CANLI-da

Martın 31-də saat 22:50 radələrində Ermənistanın cənub-şərq sərhədində, görmə məsafəsinin son dərəcə aşağı olduğu şəraitdə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında anlaşılmazlıq səbəbindən atışma olub.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yaıb.
Bildirilib ki, hadisədən sonra erməni hərbçi Hraçya Saruxanyanın meyiti tapılıb, daha bir əsgər isə yaralanıb.


Azərbaycan ordusu son günlər səssiz müharibə taktikası ilə Qarabağda irəliləyir. İşğalda qalan ərazilər separatçılardan təmizlənir. Bu proseslərdə əsasən komanda birliklərinin iştirak etdiyi deyilir.


ordumuzun növbəti əməliyyatları zamanı insident yaşanıb. Bildirilir ki, nəzarətə götürülən yeni mövqeyə gələn separatçı tör-töküntülər hərbçilərimizin buranı tərk etməsini istəyiblər.


Hadisə zamanı sülhməramlıların da ərazidə olduğu deyilir. Sülhməramlıların və separatçıların təkidlərinə baxmayaraq, hərbçilərimiz nəzarətə götürdükləri mövqelərdən geri çəkilməyiblər. Bu məqamda separatçılarla hərbçilərimiz arasında insident yarandığı deyilir. Azərbaycan ordusunun hərbi qulluqçuları separatçıların cavablarını artıqlaması ilə verərək, onları ərazidən uzaqlaşdırıblar.


Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının əqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız milli azadlıq hərəkatının liderlərindən olmuş Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Canlı debat