Videonun müddəti: 58:46 Baxış: 218 Əlavə edilib: 2023.03.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndi ilə bağlı MƏXFİ sənəd var: SENSASİON detallar professor Qabil Hüseynli ilə...CANLI

“Ermənistanın baş naziri Qarabağın Azərbaycan ərazisi kimi tanındığı Qərb sövdələşməsinə razıdır”. Ermənistanın Respublika Partiyasının sədr müavini, keçmiş deputat Armen Aşotyan deyib.

Aşotyan qeyd edir ki, Ermənistan hakimiyyəti Qərbin geosiyasi oyununun bir hissəsinə çevrilib: “Məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır.

Brüssel və Vaşinqton platformalarında Azərbaycanla aparılan danışıqlar da bu oyunun tərkib hissəsidir. Bu platformalar arasında heç bir fərq yoxdur, hər iki platformada Qarabağın “öz müqəddəratını təyin etmə hüququ”ndan imtina edilir.

Qərb masasında aparılan bütün danışıqların məntiqi sonluğu Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını nəzərdə tutur. Rusiyadan fərqli olaraq, Qərbin iki müstəvidə hərəkət etmək imkanı var. Əgər Brüssel formatında müəyyən durğunluq yaşanarsa, o zaman, onu Vaşinqton əvəz edir. Lakin danışıqlar nəticə etibarilə Azərbaycanın istəklərinə uyğun şəkildə aparılır”.

Qeyd edək ki, Aşotyan fevral ayında Azərbaycan və Ermənistan arasındakı sülh sazişinə dair Brüsseldə razılaşdırılmış sənədi yayımlamışdı. Sənəddə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qeyd olunur, Qarabağdakı erməni əhalisi ilə Bakı arasında təmaslar dəstəklənir.

İndi Aşotyan deyir ki, həmin sənəd gələcək müqavilənin prinsiplərini əks etdirir. “Qarabağdakı erməni əhalisi ilə Bakı arasında dialoq da ermənilərin tədricən Azərbaycana inteqrasiyasını nəzərdə tutur. ABŞ-ın təklif etdiyi variant da Brüssel variantından fərqlənmir, hər iki platformada Bakının Xankəndi üzərində nəzarəti qəbul edilir. Məxfi saxlanılan sənəddə hər şey Bakının istəyinə uyğundur”, - Aşotyan bildirib.
Prezident İlham Əliyev bildirib ki, heç kim bizim iradəmizə təsir edə bilməz: “Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ermənistanın "Hraparak" nəşrinin yaydığı məlumata görə, erməni separatçıları görüşün Bakıda keçirilməsinə razılaşmayıblar.

Onlar belə bir görüşün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında keçirilməsinin mümkün olduğunu deyiblər və Bakıya getməkdən boyun qaçırıblar.

Bundan başqa, separatçılar bildiriblər ki, Bakı ilə görüşün keçirilməsi üçün Laçın-Xankəndi yolundakı aksiya dayandırılmalıdır.
Kateqoriyalar: Həftə içi