Videonun müddəti: 1:03:08 Baxış: 229 Əlavə edilib: 2023.03.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Putinə əvəz axtarılır, SSENARİ işə düşdü – Kamran Həsənli və Sevinc Telmanqızı CANLIda

Kremldə fəal surətdə diktator Putunin əvəzi axtarılır. Müharibədən öncə bir iddiaçı olub, indi isə açıq şəkildə ikinci oyunçu üzə çıxıb. Bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "unian.net" nəşrinə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, tammiqyaslı hərbi müdaxilədən öncə və onun ilk ayları diktatorun aydın olan varisi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu güman edilib, sonra bu sırada işğal edilən ərazilərdə soyqırım siyasəti və oradan uşaqların çıxarılmasının müəlliflərindən biri olan Sergey Kiriyenko peyda olub. "Hazırda Putin tamamilə təklənib, onun özü hakimiyyətin tranzitində maraqlı deyil, əksinə, maksimal olaraq hakimiyyətdən bərk yapışıb, hesab edir ki, ömürlük Rusiya prezidenti postunda olması onun toxunulmazlığına o cümlədən hüquqi zəmanət verir.

Belə olan halda onun saxlanılmasına order imzalayacaq ölkələrə gedə bilməyəcək, amma buna baxmayaraq, şərti desək, Valdayda qalıb, özünün düşündüyü böyük imperiyanı idarə edə biləcək", - Podolyak qeyd edib. Bu zaman o, vurğulayıb ki, Rusiyada Putin konsepsiyasından kənara çəkilmək və başqa tip Rusiyaya keçmək istəyən bir neçə qrup var. Ehtimal ki, Rusiya döyüş meydanında daha bir neçə taktiki məğlubiyyətə uğrayandan sonra onlar buna nail olacaq.

"Daxili proseslər başlanacaq və o zaman Putin Rusiyanın özündə təbliğatçılar tərəfindən "cəhənnəm törəməsi" elan ediləcək. Bu və ya digər günahlar, məsələn, hərbi kampaniyanın səmərəsiz planlaşdırılması, bu kampaiyadan yaranan risklərin səmərəsiz təhlili, öz resurs imkanlarının və Avropanın Ukraynaya dəstək verilməsində səylərinin birləşdirməsini tamamilə düzgün dəyərləndirə bilməməsi onun üzərinə qoyulacaq.

Putin bütün klassik yanlışlıqlara yol verib. O, özünün etdikləri, hazırda etdiyi və sonra nə edəcəyinin təhlili nöqteyi-nəzərdən özünü tamamilə cılız aparır və buna görə onu suçlayacaqlar", - Podolyak qeyd edib. O, əlavə edib ki, hakimiyyətin ötürülməsi Rusiyanın heç olmasa öz təsiri və legitimliyinin qalıqlarının xüsusilə qlobal bazarlarda saxlanılmasını istəyən siyasi elitası üçün ən yaxşı variant olacaq. "Lakin hazırda elitalar daxili saray çevrilişlərinə hazır deyil, onlar tamamilə qorxaqdır, daxili şübhələrlə depressiyaya uğrayıb və sarsılıb. Onlar passionar deyil.

Elitalar Rusiya üçün bütün uzunmüddətli və hətta ortamüddətli neqativ perspektivləri dəyərləndirməyə hazır deyil. Ona görə də onlar hələ də düşünür ki, Putin hər halda vəziyyətdən çıxacaq və onlar hansısa dividendlər əldə edə biləcək", - Podolyak əlavə edib.
Veriliş: Kamranla 1